Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BNA yenə səhv qərar verib 7 nömrəli marşrutun sərnişinləri piyada qaldı
BNA yenə səhv qərar verib 7 nömrəli marşrutun sərnişinləri piyada qaldı
13 Fevral 2017 / 11:33 / Baxış sayı: 1594
Font1 Font2 Font3 Font4

Ötən həftə sonu guya paytaxtın marşrut şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində 7 nömrəli müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti dayandırıldı.

Bakı Nəqliyyat Agentliyindən verilkən məlumata görə, qeyd edilən marşrutun fəaliyyərinin dayandırılmasının sərnişinlərə təsirini minimuma endirmək üçün Bakı Nəqliyyat Agentliyi həmin xətt üzrə hərəkət edən marşrutların müvəqqəti istismarçılarına avtobuslarının sayının artırılaraq sərnişin axınına uyğun nizamlanmalarını tapşırıb.

Qeyd edək edək ki, 7 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 9-cu mikrorayon Həmzə Babaşov küçəsindən Füzuli meydanı Şəmsi Bədəlbəyli küçəsi eləcə də əks istiqamətdə hərəkət edirdi. Bu istiqamətdə gedib-gələn sərnişinlər 18 nömrəli müntəzəm şəhərdaxili marşrutundan istifadə edə bilərlər.
Amma qəribə burasındadır ki, 18 nömrəli marşrut xətti ləğv edilən 7 saylı marşrutun yolunu demək olar ki əhatə etmir. 7 saylı  marşrut xəttinin ləğv edilməsi uşaqların məktəbə, insanların işə gediş gəlişini iflic edib. Qış parkından Sahil Metrosu və Heydər Əliyev Sarayının qarşısına hazırda heç bir marşrut hərəkət etmir.
Elə isə, Bakı Nəqliyyat Agentliyin bu addımı yenə düşünülmədən, hesablanmadan atılmış bir addım hesab olunur.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə arxiv.bizimxeber.az-a açıqlamasında deyilənləri təsdiq edərək 18 saylı marşrut xəttinin hərəkət traektoriyasına yenidən baxılacağını bildirib:”Bu həftə ərzində məsələyə yenidən baxılacaq”.
Əcəba maraqlıdır, BNA verdiyi qərarları niyə öncədən düşünmür? Dəfələrlə eyni halın baş verməsi göstəriir ki, BNA qərarlarını düzgün verə bilmir. Vətəndaşlar isə günlərlə əziyyət çəkir. Görünür, Vüsal Kərimlinin işi yoğundur, düşünməyə vaxtı yoxdur.
İlkin
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə