Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məhsullar niyə ucuzlaşmır? – 3 əsas SƏBƏB
Məhsullar niyə ucuzlaşmır? – 3 əsas SƏBƏB
13 Fevral 2017 / 11:20 / Baxış sayı: 1170
Font1 Font2 Font3 Font4

“Son 2 ildə qiymət artımının əsas səbəbi manatın devalvasiyası ilə izah edilirdisə, hazırda onun əksinin müşahidə olunmasına baxmayaraq qiymətlər yenə də bahalaşmaqda davam edir. Deməli, qiymət artımı ilə manatın devalvasiyası arasında birbaşa əlaqə olduğundan əslində manatın möhkəmlənməsi qiymətlərin ucuzlaşmasına gətirib çıxarmalı idi. Amma bu baş vermədi”.

BakiPost.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu deyib.

O bildirib ki, manatın məzənnəsində dəyişikliklər müxtəlif məhsulların qiymətinə birbaşa və ya dolayı yolla təsir edir: “Bu məsələyə hökümətin təbirincə yanaşsaq, bəlli olacaq ki, manatın devalvasiyasına görə Azərbaycana idxal olunan Aİ-95 Premium və Aİ 98 Super markalı benzinin qiyməti fevralın 1-dən, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və digər səbəblərə görə təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri yanvarın 1-dən bahalaşdırılıb.

Göründüyü kimi, hər iki qiymət artımı dair qərarlar manatın devalvasiyası ilə əlaqələndirib. Bu məntiqlə də hazırda manatın dollara nəzərən möhkəmlənməsi həm ixdal benzinin və həm də təbii qazın qiymətinin ucuzlaşması üçün əsaslar yaradır. Bəs onda bu niyə baş vermir? Çünki hər iki qiymətin bahalaşması bu fəaliyyətlə məşğul olan şirkətlərin bazarda hökmran mövqeyi və inhisarçılıq fəaliyyəti ilə əlaqədardır. Niyə onda əgər dövlət şirkətləri iqtisadiyyatın bu sadə qanunauyğunluğuna əməl edib, benzinin və qazın qiymətlərini ucuzlaşdırmırsa, onda özəl bölmə nəyə görə bu qanunlara tabe olmalıdır? Baxmayaraq ki, son günlərdə manatın məzənnəsi möhkəmlənəndən sonra əhalinin özəl bölmədən gözləntiləri artıb. Hamı gözləyirdi ki, tezliklə ticarət şəbəkələrində, xüsusilə də iri supermarketlərdə istehlakçılara təklif olunan idxal mallarının qiymətləri ucuzlaşacaq. Çünki, satışa çıxarılan bəzi ərzaq məhsullarından tutmuş məişətdə istifadə olunan müxtəlif yuyucu vasitələrə qədər çoxçeşidli mallar ölkəyə idxal olunur”.

İqtisadçı qeyd edib ki, qiymətlərin ucuzlaşdırılmamasının üç səbəbi var:“Birincisi, manatın məzənnəsinin uzunmüddətli dövrdə bahalaşacağına, onun bu və ya ondan aşağı səviyyədə qərarlaşacağına nəinki özəl sahibkarlar, hətta dövlətin biznes fəaliyyətini həyata keçirənlər belə inanmırlar.Onların gözləntisi odur ki, tezliklə manat yenidən dollara nisbətdə ucuzlaşmaya başlayacaq.

İkincisi, idxal olunan ərzaq məhsulları və məişətdə istifadə olunan malları Azərbaycana gətirən və onun topdansatışı ilə məşğul olan şirkətlərin həmin məhsullar üzərində monopoliyası və ya oliqopoliyası mövcud olduğundan onların qiymətlərə nəzarətini və təsirlərini saxlanılmaqdadır. Əsasən oliqarx-məmurlara məxus olan bu şirkətlər hazırkı şəraitdə məzənnə fərqindən də qazanmaqla daha çox gəlir əldə edirlər.

Üçüncüsü, ötən ilin dekabrın 1-dən elektrik enerjisinin, bu ilin yanvar ayının 1-dən isə qazın qiymətlərinin kəskin bahalaşması ticarət şəbəkələrinin xərclərini artırdığından onlar da artan xərclərini məzənnə fərqindən yaranan gəlirlərlə kompensasiya etməyə üstünlük verirlər.

Bütün bunlar onu göstərir ki, ölkədə rəqabətli bazarlar formalaşmayınca, istehlak qiymətləri ucuzlaşmayacaq, əksinə bir az da bahalaşacaq. Odur ki, çıxış yolu yetkin və sərbəst bazar iqtisadi modelinə keçidi təmin edən liberallaşdırma islahatlarındadır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə