Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Lapşin Kəlbəcər girovları ilə dəyişdirilsin” – Təklif
“Lapşin Kəlbəcər girovları ilə dəyişdirilsin” – Təklif
13 Fevral 2017 / 13:06 / Baxış sayı: 932
Font1 Font2 Font3 Font4

Ötən gün Kəlbəcər girovlarının Hüquqlarını Müdafiə Komitəsinin təcili toplantısı keçirilib.

arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə AzVision.az-a girob Dilqəm Əsgərovun qardaşı Sahib Musayev deyib. Onun sözlərinə görə, iclas zamanı bloqqer Aleksandr Lapşinin Kəlbəcər girovları lə dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb. Bununla bağlı prezidentə müraciət edilməsi haqda qərar qəbul edlib.

Kəlbəcər girovlarının Hüquqlarını Müdafiə Komitəsinin üzvü Akif Nağı məlumatı təqdiqləyib: “Hazırda müraciət məktubunun mətnini hazırlayırıq. Məktub hazır olan kimi, Dövlət başçısı İlham Əliyevə göndərəcəyik”.

Qeyd edək ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə