Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sevgililər günü”ndə hava necə olacaq?
“Sevgililər günü”ndə hava necə olacaq?
13 Fevral 2017 / 14:25 / Baxış sayı: 1062
Font1 Font2 Font3 Font4

Fevralın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində zəif qar yağacağı ehtimalı var. Şimal küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 3-5° isti olacaq.

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə arabir qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə