Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fransa bununla Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını təklif edir
Fransa bununla Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını təklif edir
13 Fevral 2017 / 15:10 / Baxış sayı: 1024
Font1 Font2 Font3 Font4

Fransa prezidenti Fransua Ollandın erməni diasporu ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə məntiqsiz fikir səsləndirməsi təəssüf doğurur. Fransanın artıq “təqaüdə” çıxmaq üzrə olan prezidentinin bu gecikmiş təşəbbüsündən Qarabağ probleminin həllində müsbət heç nə gözləməyə dəyməz.

Bunu Milli.Az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Ollandın beynəlxalq məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yalnız səlahiyyətləri bitmək üzrə olarkən diqqət yetirməsi təəssüf doğurur: “Belə təşəbbüslərdən nəsə əməli və məhsuldar bir şey gözləmək lazım deyil. Həm də ki Olland problemə lazım olan tərəfdən yanaşmayıb. Ümumiyyətlə, bu, fransız siyasətçinin təəccüb doğuracaq birtərəfli yanaşması var. Olland və onun kimilər Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Krımın “xalqları”nın öz müqəddəratını təyin etməsini inkar edirlər, separatçılara və onların xarici himayədarlarına qarşı sanksiyalar tətbiq edirlər. Bizə münasibətdə isə Olland məntiqsiz yanaşma göstərməkdən çəkinmir, münaqişəsinin tənzimlənməsini Dağlıq Qarabağın “öz müqəddəratını təyinetmə”si ilə maskalanmış Azərbaycanın tərkibindən çıxmasının tanınması əsasında qurmağı təklif edir”.

Millət vəkilinin fikrincə, Olland hakimiyyətdə olduğu 5 il ərzində anlamadı ki, daha doğrusu anlamaq istəmədi ki, regional sülhə və təhlükəsizliyə olan təhdidlər heç də Dağlıq Qarabağ əhalisinin tanınması və hüquqlarının həyata keçməsinin istənilməməsi deyil. Yeri gəlmişkən, Dağlıq Qarabağ əhalisi də təkcə ermənilər deyil, həm də oradan və ətraf 7 rayondan qovulmuş, 100 min erməniyə görə etnik təmizlməyə məruz qalmış 800 min azərbaycanlılardır.

R.Musabəyov əlavə edib ki, bir neçə aydan sonra dövlət başçısı vəzifəsində səlahiyyətləri bitəcək Olland Fransada birinci və yeganə siyasətçidir ki, öz bərbad reytinqi ucbatından apreldə keçiriləcək prezident seçkilərində namizədliyini təkrar irəli sürməyə cürət etməyib.

Qeyd edək ki, Fransa ermənilərinin koordinasıya şurası ilə şam yeməyində ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Fransa prezidenti Fransua Olland bildirib ki, münaqişənin həlli prinsipləri Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi hüququna əsaslanmalıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə