Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Banklar dolları yenidən bahalaşdırdı – QİYMƏTLƏR
Banklar dolları yenidən bahalaşdırdı – QİYMƏTLƏR
13 Fevral 2017 / 16:04 / Baxış sayı: 1566
Font1 Font2 Font3 Font4

Bu gün səhər ötən cümə günü ilə müqayisədə əksər banklar Dolların alış və satış məzənnələrini artırmışdılar.

arxiv.bizimxeber.az marja.az-a istinadla xəbər verir ki, günorta saatlarında da banklarda Dolların bahalaşması davam edib. Məsələn, səhər saatlarında Dolları 1. 60 manatdan alan “Azərtürkbank”, günortadan başlayaraq məzənnəni 1.64 manata qaldırıb. Bu bank Dolların satış qiymətini isə 1.7450 manatdan 1.76 manata yüksəldib.

Dolların alış qiymətini Bank of Baku 1.68 manatdan 1.70 manata, satış qiymətini isə 1.79 manatdan 1.80 manata qaldırıb.

Bank BTB Dolların alışını 1.65 manatda 1.70 manata, satışını isə 1.77 manatdan 1.7550 manata salıb.

NikoylBank Dolların alış qiymətini 1.63 manatdan 1.67 manata, satış qiymətini isə 1.70 manatdn 1.77 manata qaldırıb.

PAŞA Bank Dolların alış qiymətini 1.6250 manatdan 1.65 manata, satış qiymətini isi 1.7550 manatdan 1.77 manata yüksəldib.

AG Bank Dolların alış qiymətini 1.63 manatdan 1.64 manatdan, satış qiymətini isə 1.7350 manatdan 1.76 manata qaldırıb.

Digər bir neçə bankda da məzənnə artımı müşahidə olunur.

Qeyd edək ki, sabah Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir. Dollar/Manatın istiqaməti hərracın nəticəsindən asılı olacaqdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə