Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident həmkarını təbrik etdi
Prezident həmkarını təbrik etdi
13 Fevral 2017 / 16:15 / Baxış sayı: 898
Font1 Font2 Font3 Font4

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə ən xoş arzularımı yetirirəm.

Seçkilərdə qazandığınız qələbə xalqınızın Sizə olan böyük inam və etimadının, həyata keçirdiyiniz siyasi xəttə real dəstəyinin bariz ifadəsidir.

İnanıram ki, Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətlərinin daim möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkmənistan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə