Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mahmudovçu deputatların “qələmi qırıldı” – Müdhiş siyahı
Mahmudovçu deputatların “qələmi qırıldı” – Müdhiş siyahı
13 Fevral 2017 / 16:33 / Baxış sayı: 3896
Font1 Font2 Font3 Font4

Hakimiyyət mahmudovçularla bağlı təftişi davam etdirir

Bu haqda mötəbər mənbədən Politika.Az-a məlumat verilib.

İqtidarın MTN bandasına bağlı icra hakimləri ilə bərabər bəzi deputatları da araşdırması xəbəri yayılıb. Parlamentdə mahmudovçu deputatların kimliyi haqda müfəssəl bilgilər toplanır və onların növbəti seçkilərdən məhrum edilməsi qərara alınır.

İddialara görə, bəzi deputatların parlamentə buraxılmasında MTN rəhbəri Eldar Mahmudov xəttinin rolu olub. Onun siyahısından Milli Məclisə düşmüş bəzi parlamentarilərin “qələmi qırılıb”.

Bundan qabaq deputat Çingiz Əsədullayevin mandatı ləğv olunub. Ancaq iqtidar dərinə getmək siyasəti yürütmədi və kütləvi şəkildə mandatların ləğvi ajiotaj yarada bilərdi.

Ona görə də proses saxlandı və müəyyən qədər uzadıldı. Hakimiyyət qalan deputatlarla sonrakı mərhələdə haqq-hesab çürütməyi planlaşdırıb.

E.Mahmudovun biznes şəbəkəsi – “AG Bank”, “Crystal Plaza” Holdinq, “Crystal Motors”, “TOS OİL”, “Anar OİL”, “Jaguar Motors”, “Range Rover Motors”, “Maseratti Motors”, “İndigo” MMC, Bakı şəhərində 6 dənə tikinti şirkəti, “Turac” və “Xankəndi” restoranları, ölkəyə daxil olan brilliant və qızıl məmulatlarının, eləcə də mobil telefonların monopoliyası, spirtli içki mağazaları, brend saat butikləri olub. Bu biznes şəbəkələrinin deputatlara da əlaqəsi olduğu prtaya çıxıb.

Eyni zamanda deputatlardan – Nəriman Əliyev, İqbal Məmmədov, Rüfət Quliyev və başqaları barəsində mediada iddialar yayılıb. Habelə, Hacı Salayevin, Əsabil Qasımov və digərlərinin Mahmudovun seçdirdiyi deputatlar arasında adı keçib.

Politika.Az-ın əldə etdiyi xəbərə görə, 17 oktyabr əməliyyatına qədər MTN generallarının Türkiyədə olduğu kimi 15 iyul gecəsi təşkil etmək planı olubmuş. Amma xüsusi xidmət orqanlarının ayıq-sayıqlığı nəticəsində plan deşifrə olunub.

Mahmudovun projesində “kölgə kabineti” olub və sıraya bir çox məmur-deputat kontingenti daxil imiş. İddia olunur ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə tabe olmuş icra hakimiyyəti strukturları araşdırılır.

Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq.

Mətbuatın yazdığına görə, MTN rəhbərliyi yalnız ölkə daxilindəki deyil, bəzi qonşu dövlətlərdəki agentlərin də pulunu mənimsəyib.

Sırf pul səbəbi ilə həmin agentlərlə əlaqəyə son qoyan MTN rəhbərliyi, bununla da dövləti onun üçün böyük önəm kəsb edən qiymətli informasiya mənbələrindən məhrum edib.

Halbuki, həmin mənbələrin hamısı uzun illərin zəhməti nəticəsində qazanılan qiymətli mənbələr, etibarlı kanallar olub.

Bu kanallar ölkəmizə yönəlik terror aktları və narkotik qaçaqmalçılığına qarşı profilaktiki tədbirlər görmək, önləyici addımlar atmaq baxımından mühüm önəm kəsb edən mənbələr olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə