Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azercelldən yenilənmiş xidmət
Azercelldən yenilənmiş xidmət
13 Fevral 2017 / 16:37 / Baxış sayı: 1140
Font1 Font2 Font3 Font4

Zvooq xidməti əhvalınızın müsiqisi olacaq

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, Azercell Telekom MMC öz abunəçiləri üçün daha bir xidməti təkmilləşdirərək, onların ixtiyarına verib. Belə ki, artıq Azercell abunəçilərinə Zvooq xidmətinin premium versiyası vasitəsilə istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək öz play listini yaratmaq imkanı verir. Xidmətə qoşulmaq üçün Google Play və ya AppStore-dan mobil tətbiqi yükləmək, qeydiyyat üçün sadəcə tətbiqdə mobil nömrəni daxil edib, əvəzində SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən əlavə etmək lazımdır.

Qeyd edək ki, xidmət 10.02.2017-ci il tarixindən etibarən bütün abunəçilərin istifadəsinə təqdim olunub. Həmin tarixdən xidmətə qoşulanlar ilk aylıq (30 günlük) istifadə müddəti ərzində Zvooq xidmətindən ödənişsiz yararlana bilirlər. Bu (30 günlük) müddət bitdikdən sonra, həmçinin 10.03.2017-ci il tarixindən etibarən xidmətə qoşulanlar, 4,5 AZN xidmət haqqı ödəməklə xidmətdən 30 günlük istifadə edəcəklər. Aylıq abunə haqqı müqabilində xidmətə qoşulma hər ay avtomatik yenilənir. Zvooq xidməti abünəçinin istifadə etdiyi internet paketin trafikindən hesablanacaq.

Beləliklə, Zvooq xidmətinə ilə siz əhvalınıza uyğun istənilən musiqini istədiyiniz anda dinləyə biləcəksiniz.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə