Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bu nazirliklər mahiyyətcə yaxın olan fəaliyyətlə məşğul olurdu”
“Bu nazirliklər  mahiyyətcə yaxın olan fəaliyyətlə məşğul olurdu”
13 Fevral 2017 / 17:18 / Baxış sayı: 1416
Font1 Font2 Font3 Font4

“Nazirliyimizin və nazirimizin fəaliyyət sferası genişləndirildi. Düşünürəm ki, doğru addımdır”.

Milli.Az xəbər verir ki, bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılmasına münasibətində bildirib.

AİF prezidentinin fikrincə, bu addım idarəetmənin təkmilləşməsinə xidmət edəcək:

“Bununla idarəetmə xərclərinin azaldılmasına, daha effektiv idarəetmə mexanizmlərinin yaradılmasına, rabitə infrastrukturunun da genişlənməsinə, nəqliyyat sahəsində informasiyalaşmanın güclənməsinə yardım olacaq. Əslində bu nazirliklər elə əvvəldən də mahiyyətcə yaxın olan fəaliyyətlə məşğul olurdular. Biri yük və ya sərnişin daşımaya, digəri isə rabitə kanalları ilə informasiya daşınmasına cavabdeh idi”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə