Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İltimas Məmmədov yeni komandada təmsil olunmayacaq – ÖZƏL
İltimas Məmmədov yeni komandada təmsil olunmayacaq – ÖZƏL
13 Fevral 2017 / 18:44 / Baxış sayı: 4906
Font1 Font2 Font3 Font4

“MTN işi”ndə adı keçən, ciddi maxinasiyalarda əli olduğu deyilən Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov yeni yaradılan nazirlikdə təmsil olunmayacaq.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, bu gün prezidentin sərəncamı ilə yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazir Ramin Quluzadədən başqa kimsə yoxdur. Yəni, bir sərəncamla istər Ziya Məmmədovun, istərsə də Ramin Quluzadənin tabeliyindəki bütün işçilər, nazir müavinləri vəzifələrini itirmiş hesab olunurlar.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, Ramin Quluzadənin yeni komandasında Ziya Məmmədovun müavinlərindən Arif Əsgərov, Musa Pənəhav kimi reputasiyası korılanmış şəxslər təmsil olunmayacaq.

Sərəncama qədər nazir müavini olan, qalmaqallı Çovdarov məhkəməsində adı çəkilən İltimas Məmmədov belə yeni komandada təmsil olunmayacaq . Yeni yaradılan nazirliyə yüksək postlara daha prespektivli gənclər gətiriləcək.

İlkin
arxiv.bizimxeber.az



İltimas Məmmədov yeni komandada təmsil olunmayacaq – ÖZƏL yazısına 3 şərh yazıldı




Yuxarı Geri Ana səhifə