Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezidentdən Vergilər Nazirliyi ilə bağlı-Fərman
Prezidentdən  Vergilər Nazirliyi ilə bağlı-Fərman
13 Fevral 2017 / 21:23 / Baxış sayı: 1558
Font1 Font2 Font3 Font4

Bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar aşağıdakı qərar verilib:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 162; 2005, № 9, maddə 797; 2006, № 5, maddə 400; 2007, № 4, maddə 323, № 12, maddə 1246; 2008, № 11, maddə 972; 2009, № 10, maddə 780, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2013, № 2, maddə 111, № 7, maddə 806; 2016, № 6, maddə 1038) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.9-1-ci yarımbəndə “şəxslərin,” sözündən sonra “publik hüquqi şəxslərin,” sözləri əlavə edilsin.

2. 11.21-ci yarımbənddə “qurumlarının” sözündən sonra “və publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə