Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hacıqabulda yol qəzası – Xəsarət alanlar var
Hacıqabulda yol qəzası – Xəsarət alanlar var
13 Fevral 2017 / 23:41 / Baxış sayı: 954
Font1 Font2 Font3 Font4

Hacıqabulda baş verən avtoqəzada sürücü və 2 qardaş xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 22.00 radələrində Bakı-Qazax avtomagistralının  115-ci kilometrliyinin Hacıqabul şəhəri ərazisindən keçən hissəsində avtoqəza baş verib.
Bakı sakini, 1990-cı il təvəllüdlü Əsgərov Vaqif Şahin oğlunun idarə etdiyi  “Mercedes” markalı 99 BG 458 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək dəmir səddə çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişinlər -Bakı sakinləri, 1982-ci il təvəllüdlü Əsgərov Habil Şahin oğlu və onun qardaşı 1979-cu il təvəllüdlü Əsgərov Zabil Şahin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına çatdırılıb.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Bizimxeber


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə