Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lerikdə qar uçqunu – Yollar bağlanıb, enerji problemi yaranıb – FOTO
Lerikdə qar uçqunu – Yollar bağlanıb, enerji problemi yaranıb – FOTO
14 Fevral 2017 / 12:18 / Baxış sayı: 676
Font1 Font2 Font3 Font4

Dağ kəndləri ilə əlaqə kəsilib

İntensiv qar yağışından sonra Lerikdə vəziyyət kritik həddə çatıb. Bir metrə çatan qar rayonda nəqliyyatın hərəkətini iflic edib. Üç gün ərzində yağan intensiv qardan sonra dağ kəndləri ilə əlaqə demək olar ki, kəsilib.

Rayonun Zuvand, Orand, Piran istiqamətində olan ucqar kəndlərə gedən yollarda qar uçqunları baş verdiyindən nəqliyyatın hərəkəti tam mümkünsüzləşib. Bu barədə adıçəkilən kənd sakinləri İstiPress-in Cənub bürosuna məlumat veriblər.

Lerik yol istismar idarəsinin rəisi Elxan Əliyev məlumatı təstiqləyərək bildirib ki, rayon üçün həyat əhəmiyyətli olan Lənkəran-Lerik yolunda da vəziyyət ürəkaçan deyil. “Bu yol boyu qarın qalınlığı 80 sm-ə çatır. Üstəlik 8 dərəcə şaxta var. Yolar buz bağlayıb. Hazırda idarənin nəzdindəki 2 qreyder və bir qartəmizləyən texnika bu yolun təmizlənməsinə cəlb olunsa da, yolda ikitərəfli hərəkəti təmin etmək mümkün olmayıb. Ən ağır vəziyyət isə yolun tamamilə buz bağladığı 40-55-ci km-ləri arasında yaşanır. Bu hissədə yola mütəmadi qum, duz tökülməsinə baxmayaraq ancaq ağır texnika və xüsusi hazırlıqlı UAZ markalı maşınlar hərəkət edə bilir”.

Qurum rəsmisi sürücülərə bu yoldan mümkün qədər istifadə etməməyə tövsiyyə edib.

Dağ kəndlərinə gedən yolları açmaq isə ancaq qar dayandıqdan sonra mümkün olacaq. Çünki hazırda texniki imkan ancaq Lənkəran-Lerik yolunun açıq qalmasına yönəldilib.

SAAT 10:21

2 gündür  yağan və bu gün də davam edən güclü qar cənub bölgəsinin dağlıq rayonlarında  bir sıra problemlərə yol açıb. İstipress-in cənub bürosunun  verdiyi məlumata görə, hal-hazırda rayon  mərkəzində qarın qalınlığı 50 sm-dən artıqdır. Ucqar dağlıq ərazidə isə 70 -80 sm təşkil edir. Elə bu səbəbdən də  ucqar dağ kəndlərinə nəqliyyatın hərəkəti dünən  axşam saatlarından tam dayanıb. Lerik rayon  Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, bu gün səhər saatlarından həmin ərazilərə yol idarəsinin  ağır texnikaları cəlb olunub. Anoloji problem  Yardımlı, Astara, Lənkəran və Masallının dağ kəndlərində də yaşanır.

Hazırda  dağ rayonları  üçün həyat əhəmiyyətli  Lənkəran-Lerik və Masallı-Yardımlı yolunda buzlaşma səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşıb. Yol idarələrinin rəsmiləri xüsusi qış hazırlığı olmayan sürücülərə bu yollardan istifadə etməməyi məsləhət görür.

Qar bölgədə enerji probleminə də yol açıb. Lerik rayonunun 7 kəndi gecə saatlarından enerjisiz qalıb. Bölgənin bütün rayonlarının dağ kəndlərində enerji fasilələri yaranıb. Qaz verilişində hələ ki, dayanmalar yoxdur. Bölgədə qar əvvəlki intensivliklə yağmaqda davam edir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə