Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bu, dərman qıtlığı demək deyil” – İqtisadiyyat Nazirliyi
“Bu, dərman qıtlığı demək deyil” – İqtisadiyyat Nazirliyi
14 Fevral 2017 / 13:02 / Baxış sayı: 622
Font1 Font2 Font3 Font4

İqtisadiyyat Nazirliyi KİV-də ölkədə dərman vasitələri bazarında qıtlıq və bahalaşma olması barədə yazılan yazılara münasibət bildirib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qeydiyyatından keçmiş dərman vasitələri aktiv və passiv dərman vasitələri olmaqla iki qrupa ayrılır. Faktiki satışda olan dərman vasitəsi aktiv, satışda olmayanlar isə passiv dərman vasitəsi hesab olunur. Dərman vasitəsi qeydiyyatda olduğu müddət ərzində (qanunvericiliyə əsasən qeydiyyat vəsiqəsi hər dəfə növbəti 5 il üçün verilir) idxal, paylanma, marketinq və s. kimi müxtəlif obyektiv səbəblərdən dəfələrlə gah aktiv, gah da passiv vəziyyətdə olur: “Ölkədə gün ərzində satılan dərman vasitələrinin sayı yüz minlərlə ifadə olunur və hansısa aptekdə, hansısa ticarət adında dərman vasitəsinin olmaması qıtlıq demək deyil. Passiv olan dərman vasitələrinin də eynitərkibli, eyni xəstəliklərin müalicəsi baxımından müxtəlif alternativləri mövcuddur”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə