Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİM Tarif Şurası ilə imtahan qiymətlərinin müzakirəsinə başladı
DİM Tarif Şurası ilə imtahan qiymətlərinin müzakirəsinə başladı
14 Fevral 2017 / 13:07 / Baxış sayı: 760
Font1 Font2 Font3 Font4

“Həmişə imtahan verən abituriyentlər yaxşı nəticə əldə etmək üçün ikinci şans istəyirdilər və bu yöndə müraciətlər çox olurdu. Biz həmişə əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında imtahanlar keçirirdik. Əvvəllər TQDK dövlət büdcəsindən maliyyələşdirilirdi və hər bir abituriyentə müəyyən məbləğ sərf edilirdi.  Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan və özü özünü maliyyələşdirdiyi üçün həmin qaydaları təkrar edə bilməzdik. Artıq imtahanlar bir növ pullu olduğuna görə abituriyentlər üçün əlavə imkan yaradılıb. Düşünürəm ki, öz şanslarından istifadə etmək istəyən abituriyentlər yaradılmış bu imkandan yararlana biləcəklər”.

Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Bu il ilk dəfə bakalavriat səviyyəsi üzrə abituriyentlərə iki dəfə imtahan vermək şansının yaradıldığını qeyd edən M.Abbaszadə deyib ki, imtahanların iki dəfə keçirilməsi ilə bağlı yenilik üzərində neçə ildir işlər aparılır.

DİM sədri əlavə edib ki, abituriyent hansı imtahanda iştirak etmək istədiyini özü müəyyən edəcək: “Onlara verilən ərizə formasında qeyd edəcəklər ki, yalnız may ayında, yaxud iyul ayında olan imtahanda, eləcə də hər iki imtahanda iştirak etmək istəyirlər.

Eyni zamanda, hər il keçirilən sınaq imtahanları da hüquqi nəticə verməsə də, abituriyentlər  üçün bir imkan sayılır”.

M.Abbaszadə deyib ki, DİM tərəfindən test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi istiqamətində işlər yarım ildir ki aparılır: “Son 3 il ərzində TQDK  və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya büdcəsində olan vəsaitlərin necə xərclənməsinə dair bütün araşdırmalar hazırdır. Bu araşdırmaların nəticələrini müvafiq nazirliklərə göndərmişdik. Hazırda bizim öz təkliflərimiz də hazırdı. Təbii ki, bu qərar biz tərəfdən deyil, Tarif Şurası tərəfdən qəbul ediləcək. Lazımi danışıqlar bu gündən başlanılıb”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə