Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

TAP-ın ofisinə “Molotov kokteyli” atdılar, partlayış oldu
TAP-ın ofisinə “Molotov kokteyli” atdılar, partlayış oldu
14 Fevral 2017 / 13:19 / Baxış sayı: 652
Font1 Font2 Font3 Font4

Azərbaycan qazının Avropaya nəqli üçün inşa edilməkdə olan Transadriatik Qaz Kəməri (TAP) layihəsinin ofisinə hücum olub.

virtualaz.org İtaliya mənbələrinə istinadən xəbər verir ki, ötən gecə TAP-ın Melandunyo əyalətində yerləşən ofisinə iki Molotov kokteyli atılıb. Onlardan biri partlayıb və ofisin fasadına ziyan vurub, digəri isə partlamayıb.

Şirkət baş vermiş hadisəni “vandalizm” adlandırıb və Melandunyo polisinə məlumat verib. Habelə hücumla bağlı TAP şirkəti adından rəsmi şikayət edilib. Şirkətin İtaliya üzrə meneceri Mişel Eliya bildirib ki, bu hücum işçiləri şoka salıb. “Biz burada, Salento bölgəsində hər gün İtaliya üçün strateji əhəmiyyət daşıyan boru kəmərinin tikintisi ilə məşğul olduğumuz bir vaxtda bu cür hücumla üzləşirik”-menecer deyib.

Xatırladaq ki, İtaliyada ətraf mühit müdafiəçiləri və Rusiyaya bağlı “5 Ulduz” siyasi hərəkatı TAP kəmərinə qarşı neçə vaxtdır iş aparır. Ətraf mühit müdafiəçiləri kəmərin İtaliyanın cənubundakı Salento bölgəsinin zeytun bağlarına ziyan vurduğunu iddia edir. Parlamentdə 25 faiz yerlə təmsil olunan “5 Ulduz” hərəkatı dəfələrlə TAP-a qarşı nümayişlər təşkil edib, bölgə hökuməti kəmərin tikintisinin qarşısını almağa çalışıb.

Bu, TAP-a qarşı birinci təxribat deyil. 2015-ci ilin martında Melendunyo şəhəri yaxınlığında TAP konsorsiumunun podratçı şirkətlərindən birinə məxsus iki texnika sıradan çıxarılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə