Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qiymətlərin gündən-günə qalxması absurddur” – DEPUTATDAN ETİRAZ
“Qiymətlərin gündən-günə qalxması absurddur” – DEPUTATDAN ETİRAZ
14 Fevral 2017 / 13:34 / Baxış sayı: 864
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında son günlər manatın ABŞ dollarına nisbətdə bahalaşması fonunda qiymətlərin düşməməsinə etiraz bildirilib. Deputat Əli Məsimli bildirib ki, dekabrdan etibarən manatın dollara nisbətdə bahalaşmasına baxmayaraq, ərzaq məhsullarının qiymətinin gündən-günə qalxması absurddur və başa düşülən deyil.

Deputat qeyd edib ki, bu məsələdə işbazları və monopolistləri ifşa etmək lazımdır: “Qiymətin qalxması Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəfə ziddir.

Manat bahalaşsa da yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda, işbazlar bəhanə gətirirdilər ki, bu onlara ciddi zərbədir, ona görə də qiymət artımına gedirlər. Bəs indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməli, təcili tədbirlər görülməlidir”.

Deputat Fərəc Quliyev də çıxışında həmkarını dəstəkləyib, bunun sosial partlayışa gətirib çıxara biləcəyini bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə