Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda bələdiyyələrin sayı azaldıla bilər
Azərbaycanda bələdiyyələrin sayı azaldıla bilər
14 Fevral 2017 / 14:21 / Baxış sayı: 708
Font1 Font2 Font3 Font4

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bələdiyyələrin sayının və tərkibinin azaldılmasını təklif edib.

S.Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bələdiyyələrlə bağlı İllik Məruzənin müzakirəsində çıxışı zamanı deyib ki, bələdiyyələrin sayı azaldılmalıdır: “Bakının bir rayonundan 19 bələdiyyə üzvü seçilir. Kiçik bir kənddə 5-7 nəfər üzv olur. Bu bələdiyyələri birləşdirmək lazımdır”.

Deputat qeyd edib ki, bələdiyyələrə kifayət qədər status verilib: “Bələdiyyələr verilən səlahiyyətlərlə xeyli iş görə bilərlər. İndi də gec deyil. Onlar əldə edilən gəlirlərdən bələdiyyə bağçası, məktəbi, qəbiristanlığı və.s salmaq əvəzinə vəsaiti başqa istiqamətə xərcləyirlər. Düşünürlər ki, ola bilər, növbəti mərhələdə seçilməzlər, ona görə nə varsa, xərcləyirlər. Vaxtilə bələdiyyələr qeyri-neft sektoru üçün böyük işlər görə bilərdilər. Əsasən də buraya kənd bələdiyyələri daxildir. Əfsuslar olsun ki, əldə olunan vəsaitlərin hamısını mebelə, maşınlara və əmək haqlarına sərf ediblər”. (“Report”)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə