Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DYP rəisi müharibə veteranını xəstəxanalıq etdi – Generala qarşı şok ittiham
DYP rəisi müharibə veteranını xəstəxanalıq etdi – Generala qarşı şok ittiham
14 Fevral 2017 / 14:49 / Baxış sayı: 2218
Font1 Font2 Font3 Font4

DİN-in BDYPİ rəisi general Ramiz Zeynalovdan daha bir şikayət var

Bu barədə Qarabağ Müharibəsi veteranı, məcburi köçkün və II qrup əlil Şamil Abbaslının qızı ictimai fəal Həcər Abbaslı müraciət ünvanlayıb.

Şikatətçi bildirib ki, 9 saylı MERO rəisi Tariyel Məmmədovun vəzifə səlahiyyətləri aşaraq atasına yaratdığı problemlərdən şikayət etmək üçün zərərçəkmiş qismində BDYPİ rəisi ilə görüşmək üçün ona zəng edib. Ramiz Zeynalov veterana saat 5 üçün idarəyə gəlməsini və onun qəbul edəcəyini bildirib. Zərərçəkmiş vətəndaş Şamil Abbaslı rəisin dediyi saatda orda olduqda rəisə zəng vurub idarədə olduğunu bildirir.

BDYPİ rəisi isə Vətən uğrunda sağlamlığını fəda etmiş vətəndaşa “Rədd ol burdan səni qəbul etmirəm” deyib təhqir edib. Ş.Abbaslı qarşılaşdığı təhqiramiz münasibətdən mənəvi sarsıntı keçirib və ürək tutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabil ağır olaraq qalır.

Keçmiş döyüşçünün ailəsi generalın hörmətsizliyini Prezidentin tapşırığına məhəl qoymamaq kimi dəyərləndirib: “Niyə bu adamlar ölkə başçısının hədələrindən qorxmurlar, niyə vətəndaşla lazımsız əşya kimi davranırlar, niyə bu harın məmurlar məsuliyyət hissini itiriblər?Axı bunlara bu ixtiyarı kim verib?Prezident İlham Əliyev hər zaman çıxışı zamanı icra başçılarını, məmurları sərt tənqid edib. Onları vətəndaş-məmur münasibətlərində diqqətli olmağa çağırıb. Amma əfsuslar olsun ki, Ramiz Zeynalov kimi məmurlar bundan nəticə çıxarmırlar. Ümid edirik Cənab Prezident özü bu məsələyə müdaxilə edəcək və vətəndaşı incidən Ramiz Zeynalovun qanuna müvafiq qaydada cəzalandırılmasına göstəriş verəcək”. – deyə müraciətdə qeyd olunub.

Onu da nəzərə çatdıraq ki, artıq məsələ ilə bağlı Prezidentə müraciət ünvanlanıb. (mia.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə