Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İnzibati Xətalar Məcəlləsində dəyişiklik
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
14 Fevral 2017 / 17:05 / Baxış sayı: 1096
Font1 Font2 Font3 Font4
İnzibati xəta haqqında iş üzrə icraat zamanı müddətlərin pozulması müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə, inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndəriləcək.
Modern.az  xəbər verir ki, bununla bağlı Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs müəyyən edilmiş müddətlərin pozulmasına 2 yüz manatdan 4 yüz manatadək cərimə edilir.
Səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması ilə bağlı qaydaları pozmasına görə 4 yüz manatdan 6 yüz manatadək cərimə edilir.
Dəyişiklik layihəsində bu maddəyə “Qeyd” əlavə olunması təklif edilir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı müddətlərin pozulması müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndəriləcək.
Layihədə bildirilib ki, səlahiyyətli vəzifəli şəxslərin inzibati xətalar üzrə icraat apararkən yol verdikləri müddət pozuntularının qarşısının alınmasında onların inzibati qaydada cərimələnməsinin kifayət etmədiyi nəzərə alınaraq, həmin pozuntuya yol vermiş şəxslərin daxili nəzarət qaydasında, habelə prokurorluq orqanlarının məlumatı əsasında intizam məsuliyyətinə cəlb edilməsi məqsədilə dəyişiklik təklif olunub.
 arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə