Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sevgililər Günündə Azərbaycanda iki gənc özünü öldürdü – YENİLƏNİB
Sevgililər Günündə Azərbaycanda iki gənc özünü öldürdü – YENİLƏNİB
15 Fevral 2017 / 10:56 / Baxış sayı: 768
Font1 Font2 Font3 Font4

Abşeronda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xırdalan şəhər sakini, 2000-ci il təvəllüdlü Fərrux Ağakişi oğlu Əsədli özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, F. Əsədli Xırdalanda yerləşən 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Daha bir intihar hadisəsi isə Xətai rayonunda baş verib.

arxiv.bizimxeber.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə fevralın 14-də paytaxtın Xətai rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü Mirzəyev Röyal Musa oğlu İbrahimov küçəsi, 41 ünvanında, yaşadığı binanın həyətində özünü asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə