Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cavid Qurbanov 276 milyon kredit götürdü – Lokomotiv alacaq
Cavid Qurbanov 276 milyon kredit götürdü – Lokomotiv alacaq
15 Fevral 2017 / 11:25 / Baxış sayı: 1172
Font1 Font2 Font3 Font4

Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Şərq-Qərb Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsini təşkil edən Bakı-Böyük Kəsik dəmir yolu xəttində elektrik təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyanlı dartı sisteminə keçidinin təmin edilməsi ilə əlaqədar mühüm addımlar atılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv parkının müasirləşdirilməsi məqsədi ilə 50 ədəd lokomotivin alınması üçün “Societe Generale” Bankı ilə 30 mart 2016-cı il tarixində 276,8 mln avro məbləğində kredit müqaviləsi imzalanıb.

Təchizatçı şirkət Alstom Transportation S.A-dır. Müqaviləyə əsasən lokomotivlərin istehsalına artıq başlanılıb. Bu lokomotivlərin 2017-ci ilin sonunda Azərbaycana çatdırılması nəzərdə tutulur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə