Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Trampın Rusiya kəşfiyyatı ilə əlaqəsinin yeni sübutları
Trampın Rusiya kəşfiyyatı ilə əlaqəsinin yeni sübutları
15 Fevral 2017 / 11:53 / Baxış sayı: 714
Font1 Font2 Font3 Font4

Xüsusi xidmət orqanları telefon danışığının səsyazılarını ələ keçirib

ABŞ prezidenti Donald Trampın prezident kampaniyasının üzvləri Rusiya kəşfiyyatının yüksək rütbəli məmurları ilə əlaqədə olublar.

İstiPress-in məlumatına görə, The New York Times qəzeti mənbələrinə istinadən xəbər verir ki, onların telefon danışıqlarını sübut edən səsyazıları var.

Mənbənin sözlərinə görə, ABŞ-ın hüquq-mühafizə və xüsusi xidmət orqanları telefon danışığının səsyazılarını Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməsi ilə bağlı araşdırmalar apararkən əldə ediblər.

Bu qədər yaxından əməkdaşlığı hələ görmədiklərini deyən mənbə bildirib ki, ələ keçirilən danışıqlarda yalnız Trampın qərargahının rəsmiləri iştirak etməyib, Respublikaçı partiyasının digər üzvləri də olub.

Etibarlı mənbə Rusiya kəşfiyyatı ilə əlaqədə olan Trampa yaxın adamların siyahısının mövcud olduğunu bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə