Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vidadi Zeynalov ifadə verməkdən imtina etdi: “İnsanın taleyi ilə oynayırsınız”
Vidadi Zeynalov ifadə verməkdən imtina etdi: “İnsanın taleyi ilə oynayırsınız”
15 Fevral 2017 / 11:58 / Baxış sayı: 828
Font1 Font2 Font3 Font4

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə şahid qismindən Mikayıl Babayev ifadə verib.

O, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş mütəxəsis vəzifəsində çalışdığını və istintaqa ifadəsini təsdiq etdiyini deyib.

Şahid ifadəsində nazirlik tərəfindən görülməsi lazım olan işlərin tam yerinə yetirildiyini bildirib.

Hakim Əfqan Hacıyev bir neçə şahidin məhkəməyə gələ bilmədiyini və teleqram vuraraq istintaqa ifadəsini təsdiq etdiyini deyib.

Vidadi Zeynalov şahidlərin məhkəməyə gəlməməyinə etiraz edib: “Mən ifadə verməyəcəm deyəndə bildirirsiniz ki, verməsən istintaq ifadən qəbul ediləcək. Bəs şahidlər gəlmir, ifadələri niyə qəbul edilir?”.

Hakim Əfqan Hacıyev isə deyib ki, əgər şahidin məhkəməyə gəlmək imkanı yoxdursa və təqdirləndirilən şəxs ifadə vermirsə, onun istintaqa ifadəsi elan edilir.

Əfqan Hacıyev Vidadi Zeynalova növbəti dəfə ifadə verməyi təklif edib.

Lakin sabiq aparat rəhbəri Maliyyə Nazirliyinin əməkdaşlarının məhkəməyə əlavə şahid kimi gətirilməsini istəyib: “Onlar gəlməsə ifadə verməyəcəm. Çünki hamısı şişirdilmiş rəqəmlər yazıblar. Gəlsinlər, bunu subüt etsinlər. Biz də  suallarımızı verək”.

Vəkillər də bu barədə vəsatət verib. Hakim tərəfindən vəsatət baxılmamış saxlanılıb.

Vidadi Zeynalov buna da etiraz edib: “İnsanın taleyi ilə oynayırsınız. Maliyyə Nazirliyinin işçilərinə suallarım var. Ekspertiza yenidən aparılmalıdır. İttihamda yazılan rəqəmlərin necə şişirdildiyi aydınlaşdırılmalıdır”.

Hakim məhkəmənin Vidadi Zeynalova vaxt verdiyini və əgər növbəti dəfə ifadə verməyəcəyi halda istintaqa ifadəsinin elan ediləcəyini və həmin ifadənin qəbul olunacağını bildirib.

Məhkəmə fevralın 17-də davam edəcək.

Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə