Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə mənzil bağışladı
Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə mənzil bağışladı
15 Fevral 2017 / 12:30 / Baxış sayı: 1558
Font1 Font2 Font3 Font4

Qəhrəmanın adının oxuduğu məktəbə veriləcəyi gözlənilir

Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinin Bakı şəhəri Xətai rayonunda  3 otaqlı evlə təmin edilməsi barədə göstəriş verib. Bu barədə şəhidin atası Salman Qurbanov  İstiPress-in Şimal bürosuna məlumat verilib.

İstiPress-in Qusar rayon İH-dən əldə etdiyi məlumata görə, bununla yanaşı Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov  şəhidin oxuduğu Həzrə kənd məktəbinə Çingiz Qurbanovun adının verilməsi üçün Nazirlər Kabineti  qarşısında məsələ də qaldırıb. .

Ç. Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb

Ç. Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Dövlət başçısı şəhidin ailə üzvlərini də qəbul edib və mükafatı onlara şəxsən təqdim edib. Ç. Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə verilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə