Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bədənində 16 qəlpə gəzdirən Qarabağ əlili: “Qalmışam küçələrdə” – VİDEO
Bədənində 16 qəlpə gəzdirən Qarabağ əlili: “Qalmışam küçələrdə” – VİDEO
15 Fevral 2017 / 12:41 / Baxış sayı: 1182
Font1 Font2 Font3 Font4

Kürdəmir rayonu Karrar stansiyasının sakini Səfərov Vüqar Əhməd oğlu hərbi xidmətdə aldığı xəsarətdən II qpup əlil olduğunu bildirir. Aldığı 115 manat təqaüdlə dolana bilmədiyini deyən əlil ona çatacaq konpensasiyanın ödənilmədiyindən şikayətçidir.

arxiv.bizimxeber.az xəbər verir ki, azadliq.info-ya danışan Vüqar Səfərov deyib: “Hazırda ayağımda 10 ədəddən çox qəlpə var. Əvvəllər imkanım vardı onları çıxartdıra bilirdim. İndi isə heç çür imkan yoxdur. Ayağım bir yana, yaşayış yerim də yoxdur. Karrar stansiyasında evimiz köhnə olduğundan uçub. Rayon İcra hakimiyyətinə müraciət etdim baxan olmadı. Bakıda kirayə qalmaq məcburiyyətindəyəm. Təkcə həyat yoldaşım xadimə işləməklə ailəni dolandırır. Kirayə pulunu ödəyə bilmirəm. Məcbur olub pensiya kartımı girov qoyuram. Birtəhər onu ödəyib, başqa yerdə yenidən girov qoyuram.  Buna görə tez-tez kirayə dəyişirəm. İki qızım var , artıq böyüyüblər. Bir otaqda qalırıq. Heç olmasa mənim “qan pulumu” versinlər başıma bir çarə edim. Müdafiə Nazirliyinin qaynar xəttinə zəng etmişəm, deyirlər Sosial Müdafiə Mərkəzinə müraciət et.  Ötür-ötür edirlər”.

Müsahibim kövrəlir: “Deyirlər kişi ağlamaz, amma əlimdən heçnə gəlmir. Dəfələrlə özümə qəsd etmişəm. Daha yaşamaq istəmirəm.  İki uşağa görə bir təhər dözürəm. Onların həyatı indidən məhv olur. Nə təhsil ala bilirlər, nə də adam kimi yaşaya bilirlər”.

Vüqar Səfərov sonda ölkə başçısına  müraciət edərək, ona yardım edilməsini, əlillik aldığı üçün veriləcək konpensasiyanın ödənilməsini xahiş edir. Kürdəmir rayon sakini Vüqar Səfərovun şikayətini aidiyyatı qurumların nəzərinə çatdırıb, onların mövqeyini gözləyirik.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə