Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zaxarova: Lapşinlə bağlı xəbər yalandır
Zaxarova: Lapşinlə bağlı xəbər yalandır
15 Fevral 2017 / 12:56 / Baxış sayı: 710
Font1 Font2 Font3 Font4

“Yaxın vaxtlarda onunla növbəti görüş olacaq”

“Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələrinin bloger Aleksandr Lapşinə baş çəkməməsi ilə bağlı yayılan xəbərlər yalandır”.

İstiPress-in məlumatına görə, bunu bu gün brifinq keçirən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, bəyan edib ki, səfirlik indiyə qədər Rusiya vətəndaşına iki dəfə baş çəkib.

“Yaxın vaxtlarda da növbəti görüş olacaq. Bu həssas məsələ olduğundan məlumatlara diqqət yetirmək lazımdır”.

Lapşin Bakıdadır

 Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmışdı.

O, ötən ilin dekabr ayında Minskdə saxlanılıb. Bir müddfət öncə isə Azərbaycana təhvil verilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə