Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milyarder oğluna aeroport hədiyyə etdi
Milyarder oğluna aeroport hədiyyə etdi
15 Fevral 2017 / 13:13 / Baxış sayı: 864
Font1 Font2 Font3 Font4

21 yaşlı gənc aeroportun sahibi oldu

Dağıstanlı milyarder və senator Süleyman Kərimovun oğlu, Moskvada təhsil alan 21 yaşlı Səid Kərimov Maxaçqala aeroportunun əsas sahibi olub. 

İstiPress-in “vestikavkaza.ru“ya istinadən verdiyi xəbərə görə, bu ilin yanvar ayında  “Grandeko” şirkətinin səhmlərinin 99.5 faizi  Səid Kərimovun adına keçirilib. Hansı ki, Maxaçqala aeroportu məhz bu şirkətə məxsusdur. Bu isə o deməkdir ki, aeroportun faktiki sahibi 21 yaşlı tələbə olub. “Grandeko”şirkəti əvvəl Səidin atasının olub.

Xatırladaq ki, bir müddət əvvəl “Комсомольская правда на Северном Кавказе” qəzeti Süleyman Kərimov və oğlunun Rusiyanın qızıl ehtiyatlarının 28 faizini ələ keçirməsi barədə məlumat yaymışdı.

Qeyd edək ki, Maxaçqala aeroportu Dağıstanın federal əhəmiyyətli hava qapısı hesab olunur və 2016-cı ildə hava limanından 869 min 200 sərnişin istifadə edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə