Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Müdafiə Nazirliyi məndən əlini çəkdi, qardaş” – “Sağ olsun Mehriban Əliyeva…”
“Müdafiə Nazirliyi məndən əlini çəkdi, qardaş” – “Sağ olsun Mehriban Əliyeva…”
15 Fevral 2017 / 13:23 / Baxış sayı: 902
Font1 Font2 Font3 Font4

Aprel döyüşlərində başından ağır qəlbə yaraları almış Qoşqar Hacıyev “Ölkə.Az”-ın suallarını cavablandırıb:

– Qoşqar salam, necəsiniz? 

– Çox sağ olun, yaxşıyam. Şükür Allahın böyüklüyünə. Siz necəsiniz?

– Var olasınız, biz də yaxşıyıq. Özünüzü necə hiss edirsiniz?

– Yaxşıyam. Sevinirəm ki, məni axtarırsınız.

– Xəbər yayılıb ki, müalicənizi iş adamı Mübariz Mənsimov etdirəcək.

– O yalan söhbətdir. Mənim xəbərim olmaya-olmaya yazmışdılar ki, Qoşqarın vəziyyəti pisləşib, xəstəxanaya götürüblər.

– Hazırda müalicə olunursunuz?

– Hələ ki evdəyəm. Allah qoysa, martda gedəcəm Türkiyəyə.

– Kim göndərir?

– Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüylə gedirəm. Martın 1-nə biletlərimiz alınıb.

– Maddi durumun necədir?

– Vəziyyətimiz bir az ağırdır.

– Müdafiə Nazirliyindən maraqlanırlarmı?

– Müdafiə Nazirliyi məndən əlini çəkdi, qardaş. Heç bir köməklik etmədilər. Cəmi bir dəfə Türkiyəyə göndəriblər. Nə edirsə, Mehriban xanım edir. Əhd eləmişəm, gələndən sonra əgər görüşdürsələr, onunla görüşəcəyəm (qəhərlənir).

– Qəhərlənməyin, siz çox dəyərli insansınız.

– Nə zaman da gəlsəniz, qapımız üzünüzə açıqdır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə