Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Musiqili Teatr Türkiyədə beynəlxalq festivala gedəcək
Musiqili Teatr Türkiyədə  beynəlxalq festivala gedəcək
15 Fevral 2017 / 14:52 / Baxış sayı: 396
Font1 Font2 Font3 Font4

Azərbaycan Musiqili Teatrı 18-ci Trabzon Beynəlxalq Qara Dəniz Teatr Festivalına dəvət alıb.

Teatrın mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, hər il dünya ölkələrinin qabaqcıl teatrlarının qatıldığı festival bu il mayın 2-15-də Trabzon şəhərində baş tutacaq.

Qeyd edək ki, festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub. Festival çərçivəsində müxtəlif tədbirlər, həmrəyliyin nümayişi olan iştirakçıların şəhərdə yürüşü, dünyanın məşhur rejissor və dramaturqları ilə görüşlər, ustad dərsləri, konfranslar, sərgilər təşkil olunur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə