Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hesablama Palatasında kollegiya iclası keçirildi
Hesablama Palatasında kollegiya iclası keçirildi
15 Fevral 2017 / 14:58 / Baxış sayı: 532
Font1 Font2 Font3 Font4

Bu gün Azərbaycan Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. “Report” xəbər verir ki, iclasda həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Müzakirə edilən məsələlər sırasında Vergilər Nazirliyinə ayrılan vəsaitlərin istifadəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsinin “Ümumi dövlət xidmətləri” bölməsindən ayrılan vəsaitlərin və Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun vəsaitlərinin proqnozlaşdırılması və icrası, 4 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyəti və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin maliyyə-təsərrüfat fəaliyyəti yer alıb.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə