Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda körpə “Kinder” yumurtasından zəhərləndi
Azərbaycanda körpə “Kinder” yumurtasından zəhərləndi
15 Fevral 2017 / 15:44 / Baxış sayı: 1148
Font1 Font2 Font3 Font4

Azərbaycanda bir uşaq “Kinder Joy” şokoladlı yumurtadan zəhərlənib.

BakiPost.az xəbər verir ki, bu barədə “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

O bildirib ki, bu haqda Binəqədi rayonunda yaşayan Xəyyam Babayev birliyə ünvanladığı şikayətdə qeyd edib.

X. Babayev şikayət ərizəsində yazıb: “11.02.2017 tarixində Xətai metrosu yaxınlığında yerləşən “Metro market” dükanından uşaq üçün “Kinder joy” şokoladlı yumurta aldım. Evə gətirdikdən sonra yumurtanın üzərində yararlılıq və buraxılma tarixinin qırmızı “skoç”la örtüldüyünü görüb, açdım. Bu zaman altda 04.03.16 və 15.09.16 tarixi göründü. Yəni malın yararlılıq tarixi artıq 2016-cı ildə bitmişdi. Mən kassa çeki olması üçün 12.02.17 tarixdə müxtəlif vaxtlarda həmin dükana gedib, yenə eyni maldan aldım. Həmin mallarda da vəziyyət eyni idi. Kassa çekinin üzərində VÖEN yoxdur. Düşünürəm ki, bu kimi vaxtı keçmiş maldan uşaqlar zəhərlənə bilər. Necə ki, mənim uşağım zəhərləndi və çətinliklə onu xilas etdik. Çünki uşaq “kinder”in birini yemişdi”.

Birlik sədri vurğulayıb ki, heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir: “Bu malı idxal edən “Hengen” şirkətinə də məlumat verdim, heç bir əməli iş görmür. Bu fakt bir daha sübut edir ki, prezidentin “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılmasına dair fərmanı vaxtında verilmiş və zəruri bir sənəddir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə