Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mağazalara un satışı dayandı: “Bu, qanunsuzluqdur”
Mağazalara un satışı dayandı: “Bu, qanunsuzluqdur”
15 Fevral 2017 / 15:17 / Baxış sayı: 1590
Font1 Font2 Font3 Font4

Son günlər manatın dollarla nisbətdə məzənnəsinin möhkəmlənməsi ərzaq məhsullarının qiymətinin aşağı düşəcəyi barədə müzakirələrə səbəb olub.

İqtisadiyyat Nazirliyindən daxil olan məlumatda qeyd olunub ki, yumurtanın satış qiyməti bu ilin 1 yanvarına nisbətən 25%-dək ucuzlaşıb. Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir. Bununla yanaşı, son günlər bəzi bölgələrdən unun qiymətinin bahalaşmasına dair məlumatlar gəlir. Xəbərlərə görə, 50 kiloqramlıq un kisələri son günlər 30 manata satılır.

arxiv.bizimxeber.az xəbər verir ki, cebhe.info unun satış qiymətini öyrənmək üçün “Karmen” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bahalanma barədə xəbərlərdən məlumatsız olduqlarını bildiriblər: “Bir neçə gün öncə 25.20 qəpiyə olan un hazırda 24.95 qəpiyə satılır. Manatın bahalaşması ilə əlaqədar olaraq bir neçə gündür ki, unun qiyməti aşağı düşüb”.

“Xırman” şirkətindən də pərakəndə satış qiymətinin topdansatışla müqayisədə nisbətən yüksək olmasına münasibət bildirilib: “Pərakəndə satış qiyməti topdansatışla müqayisədə fərqlidir. Sahibkar öz qiymətini qoyur, onların qiymət siyasətinə müdaxilə edə bilmərik. Sahibkar vergi ödəyir, məhsulun daşınması üçün avtomobil tutur. Bütün bu xərclərlə yanaşı özü də müəyyən qədər qazanmalıdır. Ola bilər ki, hazırda bir sıra mağazalarda qiymətlər yüksəkdir. Bunun digər səbəbi məhsulun bahalıq dövründə alınması ilə əlaqədardır. Bir ay öncə 50 kiloluq kisəni 25.20 qəpiyə alan sahibkar anbardakı malı elə köhnə qiymətlə də satmaq məcburiyyətindədir”.

Şirkətdən  o da bildirilib ki, bir həftədir dükanlar tərəfindən un alınmır. Anbarlarında məhsul olduğu üçün alver dayanıb. Şirkət rəsmisi bildirib ki, hazırda  unun ən ən yüksək satış qiyməti 26 manatdır: “Alıcılar 26 manatdan daha yüksək qiymətə hardasa, hətta Yardımlının ən ucqar kəndində belə un ala bilməzlər. 50 kiloluq un kisəsinin 30 manata satılması qanunsuzluqdur. Prezidentin də bununla bağlı fərmanı var ki, yüksək qiymətə un satıla bilməz”.

Qeyd edək ki, “Xırman” şirkətində 25.20 manata olan 50 kiloluq un hazırda 24,50 manata satılır: “Qiymətlər 5 gün öncə dəyişib. Qiymət dəyişməsinə səbəb manatın dollarla nisbətdə möhkəmlənməsidir”.

Manatın dollara nisbətdə möhkəmlənməsi digər ərzaq və qeyri-ərzaq məhsullarının da qiymətinin aşağı düşməsini gündəmə gətirib. Ancaq hələlik digər ərzaq məhsullarında qiymətin enməsi qeydə alınmayıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti intensiv nəzarət tədbirlərini davam etdirir və xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcəyini bildirib.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə