Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vüsal Kərimli 125 saylı marşrut xəttini neçəyə satıb? – ÖZƏL
Vüsal Kərimli 125 saylı marşrut xəttini neçəyə satıb? – ÖZƏL
15 Fevral 2017 / 15:51 / Baxış sayı: 2350
Font1 Font2 Font3 Font4

Bakı Nəqliyyat Agentliyi paytaxt Bakıda fəaliyyət göstərəcək 125 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttininin müvəqqəti istismara çıxarılması adı altında müsabiqə elan edib.

Sahibkarlar 500 manat ödəmək və təkliflər paketi təqdim etməklə müsabiqədə iştirak edə bilərlər. BNA-nın rəsmi məlumatlarında belə deyilir.

Əsl reallıq isə başqadır. Adının çəkilməsini istəməyən, uzun illər bu sahədə çalışan sahibkarlardan biri deyir ki, müsabiqə formal xarakter daşıyır. Əksəriyyət bilir ki, müsabiqəni hansı şirkət udacaq və sahibkar kimdir. Ona görə  də, müsabiqəyə çox sahibkar qatılmayacaq.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, 125 saylı xəttin satılması prosessi artıq yekunlaşıb. Müsabiqənin qalibi də bəllidir. Sadəcə formal müsabiqə olacaq.

İlkin mərhələdə xətt satılacaq və daha sonra gediş qiymətlərinə əl gəzdiriləcək. 35-40 km-ə yaxın məsafədə hərəkət edəcək 125 saylı marşrut xətti Bakı şəhərində ən bahalı xətt sayılır. 28 may metrosundan Lökbatan qəsəbəsinə hərəkət edəcək avtobuslara nəzarət o qədər ciddi olmayacaq.

Bu günlərdə vəzifədən alınan Nəqliyyat naziri Ziya Məmmədovla BNA direktoru Vüsal Kərimli arasında heç bir fərqin olmadığını deyən nəqliyyat sahəsi üzrə mütəxəssis bildirir ki, Ziya Məmmədov marşrut xəttlərini açıq şəkildə satırdı. Ondan fərqli olaraq V.Kərimli isə müsabiqə yolu ilə satır. Üstəlik bu prosesin davam edəcəyini deyən mənbə bildirir ki, yaxın aylarda 10-dan artıq marşrut xətti satışa çıxarılacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə