Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elçibəyin oğlu Zərdüşt Əlizadənin cavabını verdi
Elçibəyin oğlu Zərdüşt Əlizadənin cavabını verdi
15 Fevral 2017 / 15:21 / Baxış sayı: 960
Font1 Font2 Font3 Font4

Politoloq Zərdüşt Əlizadənin mərhum eks-prezident Əbülfəz Elçibəy haqqında dediyi qalmqallı fikirlər etirazlara səbəb olub. Politoloq Elçibəyi milliyətcə kürd adlandırmaqla yanaşı, onun siyasi savadının olmadığını da söyləyib.

arxiv.bizimxeber.az xəbər verir ki, Elçibəyin oğlu Ərturqut Əliyev modern.az-a açıqlamasında Zərdüşt Əlizadənin fikirlərinə münasibət bildirib.

“Zərdüşt Əlizadənin atam haqqında dediyi fikirləri oxumamışam. Hələ ki, konkret nəsə deyə bilmərəm. Çox güman ki, atam haqqında dediyi fikirlərlə daha ətraflı tanış olacam. Yəqin ki, o zaman Zərdüşt Əlizadəyə bir oğul olaraq cavab verərəm”.

Ərturqut Əliyev atası Elçibəy haqqında bu cür fikirlərin səsləndirilməsinə belə şərh verib.

“Zərdüşt Əlizadənin dediklərinə əhəmiyyət vermirəm. Atam dünyasını dəyişib. Haqq dünyasındadır. İndi durub Elçibəyin kürd olması ilə bağlı nəsə deməklə nə əldə edəcək ki! Hamı bilir ki, Əbülfəz Elçibəy necə türkçü olub.

Sadəcə, Elçibəyin adından istifadə etməklə gündəmdə qalmaq istəyirlər. Ona görə də belə boş-boş danışırlar. İstəyirlər ki, hamı bunları tanısın”

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə