Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İnqilablar başa çatmadı, yeni başlayır”
“İnqilablar başa çatmadı, yeni başlayır”
15 Fevral 2017 / 16:01 / Baxış sayı: 482
Font1 Font2 Font3 Font4

Tunisin sabiq prezidenti Məhəmməd Munsif əl-Mərzuki Sudanın paytaxtı Hartumda təşkil edilən “Ərəb baharı” simpoziumunda iştirak edib

Sabiq prezident çıxışında maraqlı açıqlamalar verib. Mərzuki deyib: “İnqilabımız uğursuz alındı. Misir inqilabı da çevriliş və beynəlxalq qüvvələrin təsiri ilə uğursuz alındı. Despotizm rejimi hakimiyyətə yenidən sahibləndi”.

İnqilabları başlayanları islamçı və ya solçu kimi siniflərə ayırmağın doğru olmadığını bildirən sabiq prezident deyib: “İnqilabları islamçılar və ya solçular deyil, heç bir şeyi olmayan insanlar başladı. Ərəb inqilabları solçu, islamçı və ya demokratların ideologiyasına tabe tutulmadan öz-özünə inkişaf etdi”.

Tunis inqilabına toxunan Mərzuki fikrini belə ifadə edib: “Tunis inqilabı yarı uğurlu, yarı uğursuz oldu. Onların planlarını pozduq. Tunisdə islamçıları hakimiyyətdən uzaqlaşdırmaq üçün 20 min insan ölümünü nəzərə almağa hazır olduqlarını bəyan edənlər olsa da, sülh və demokratik bir keçid oldu. Beynəlxalq əməliyyatlar otağı bizi vətəndaş müharibəsinə sürükləyə bilmədi”.

“Yəmən və Liviyada öz xalqına müharibə elan edən keçmiş rejim nə qədər cəhd etsə də, bu vaxta qədər hakimiyyətə yiyələnə bilməyib”- deyən sabiq prezident davam edib: “Biz bu serialın sonunu deyil, başlanğıcını izləyirik. İnqilablar başa çatmadı, hələ indi başlayır”.\ölkə.az\

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə