Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda evlər bahalaşdı – QİYMƏTLƏR
Bakıda evlər bahalaşdı – QİYMƏTLƏR
15 Fevral 2017 / 16:13 / Baxış sayı: 1294
Font1 Font2 Font3 Font4

Bakıda son bir ayda mənzillər 10-40 % arasında bahalaşıb. 

Daşınmaz əmlak elanları üzrə ekspert Vaqif Hüseynov fins.az-a bildirib ki, iqtisadi əsaslarının olmamasına baxmayaraq manatın dollar qarşısında bahalaşması evlərin qiymətinə də təsir göstərib.

Onun sözlərinə görə, bahalaşma 2 otaqlı mənzillərdə daha çox müşahidə edilir.  Xüsusilə də Rəşid Behbudov küçəsi boyunca, Dostluq kinoteatrı-Koroğlu parkı ətrafı ərazilərdə evlərin qiymətlərində canlanma hiss edilir.

Məsələn, bu ərazidə köhnə binalarda 45-55 kv.m-lik 2 otaqlı mənzillər ötən ilin dekabr ayında 60 min manata təklif edilirdisə, indi 80-85 min manata qədər bahalaşıb. Yeni Yasamalda yeni tikililərdə 80-85 kv.m-lik  2 otaqlı “podmayak” evlərin qiyməti 70-75 min manatdan 85 min manata qədər yüksəlib.

Əhmədli qəsəbəsində Ukrayna dairəsi ərazisində evlər isə 10% civarında bahalaşıb. Dekabr ayında 65-70 min manata satılan 50 kv.m-lik evlər indi 75 min manata təklif edilir. Paytaxtın digər ərazilərində isə hələlik mənzillərin qiymətində hər hansı dəyişiklik yoxdur.

V.Hüseynov əlavə edib ki, bahalaşma manatın məzənnəsi ilə bağlı olduğu üçün manatın mart ayından etibarən yenidən ucuzlaşma gözləntisi evlərin qiymətini yenidən aşağı sala bilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə