Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsveçdə Türkiyə səfirliyinə hücum oldu
İsveçdə Türkiyə səfirliyinə hücum oldu
15 Fevral 2017 / 16:42 / Baxış sayı: 528
Font1 Font2 Font3 Font4
İsveçin Stockholm şəhərində fəaliyyət göstərən Türkiyə səfirliyi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

arxiv.bizimxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə səfirliyi məlumat yayıb.
Belə ki, səhər saatlarında iki naməlum şəxs səfirlik binasının xarici divarlarına və həyətinə, içində ağ boya olan xeyli sayda şüşə atıb.

Dərhal səfirliyə edilən hücumla bağlı polis Şəhər Təhlükəsizlik kamerasının qeydlərinin araşdırıb və hücumu üzü maskalı 2 nəfər şəxs tərəfindən reallaşdırıldığı müəyyənləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, 3 ay əvvəl də elə burada PKK Terror Təşkilatı 8 üzvü boya qablarıyla və daşlarla Türkiyə səfirliyinə hücum təşkil etmişdirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə