Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Banklar dolları daha da bahalaşdırdı – SİYAHI
Banklar dolları daha da bahalaşdırdı – SİYAHI
16 Fevral 2017 / 10:33 / Baxış sayı: 668
Font1 Font2 Font3 Font4

Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərini daha da bahalaşdırıb.

arxiv.bizimxeber.az fins.az-a istinadla xəbər verir ki, səhər saatlarından banklar artıq 1 dolları 1.72 manatdan baha alır, 1.80 manatdan da yüksək satır.

Araşdırmaya əsasən, dünən dolları 1.6850 manata alan “Accessbank” bu səhər 1.7200 manata alır. Bakda dolların satışı isə 1.8000 manat təşkil edir. Dünən isə bu məbləğ 1.7200 manata bərabər idi.

“Nikoilbank” isə ABŞ valyutasını 1.7400 manata alır, 1.8200 manata satır. Fevralın 15-də isə bank dolları 1.7300 manata alırdı və 1.8200 manata satırdı.

Ötən gün “Caspian Development Bank” dolları 1.6500 manata alıb, 1.7000 manata satırdı. Bu gün isə 1.7800 manata alır. Satış isə 13 qəpik artaraq 1.8300 manata bərabər olub.

Qeyd edək ki, Mərkəzi Bank dolların satış kursunu 1.7296 manatda stabil olaraq saxalmasına baxmayaraq, bahalaşma tendensiyası müşahidə olunur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə