Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bank VTB (Azərbaycan)”ın filialları bağlandı
“Bank VTB (Azərbaycan)”ın filialları bağlandı
16 Fevral 2017 / 10:37 / Baxış sayı: 608
Font1 Font2 Font3 Font4

Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən  “Bank VTB (Azərbaycan)“ ASC-nin 6 filialının lisenziyaları ləğv edilib.

Palatadan Qaynarinfo.Az-a verilən məlumata görə, bu filialların işi dayandırılıb.

“İçərişəhər”,
“Həzi Aslanov”,
“Əhmədli”,
“Bakıxanov”,
“28 May”
“Xırdalan”

Filialların bağlanmasına əsas səbəb “Bank VTB (Azərbaycan)” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu  və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Bank VTB (Azərbaycan)”-nin “İçərişəhər” filialının 11.08.2014-cü il tarixli №162/10 saylı, “Həzi Aslanov” filialının 20.08.2013-cü il tarixli №162/5 saylı, “Əhmədli” filialının 27.11.2013-cü il tarixli №162/6 saylı, “Bakıxanov” filialının 21.07.2014-cü il tarixli №162/8 saylı, “28 May” filialının 03.10.2014-cü il tarixli №162/12 saylı və “Xırdalan” filialının  26.09.2014-cü il tarixli №162/11 saylı icazələrini ləğv edib.

Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8-ə çatıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə