Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezidentə ən çox şikayət edən rayonların adları açıqlandı
Prezidentə ən çox şikayət edən rayonların adları açıqlandı
16 Fevral 2017 / 11:22 / Baxış sayı: 938
Font1 Font2 Font3 Font4

İnsanları süründürən nazirlik işçiləri qovulub

Prezident Administrasiyasına müraciətlərin daha çox daxil olduğu rayonların adları açıqlanıb. Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

Onun sözlərinə görə, ötən il Bakı, Lənkəran, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı çoxdur. Naxçıvan, Naftalan, Babək, Culfa, Daşkəsən, Xızı, Xocavənd, Kəngərli, Qax, Qobustan, Ordubad, Samux, Sədərək, Şahbuz, Şərur, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı isə az olub.

“Vətəndaşlar daha çox hüquq mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, maliyyə və bank, əfv məsələləri, rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti, müraciətlərə baxılma, torpaq, Qarabağ münaqişəsi, sosial müdafiə, mənzil, şəhərsalma və tikinti, sənaye, sahibkarlığın inkişafı, qaçqınlar və məcburi köçkünlər, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər məsələləri və sair mövzularda müraciət ediblər.

İctimai-siyasi, dövlət quruculuğu və qanunvericilik, vergi, gömrük orqanlarının fəaliyyəti, səhiyyə, təhsil, təltif, təqaüd və fəxri adlar, yaşayış məntəqələri və ərazi bölgüsü, gənclik və idman, nəqliyyat, dövlət qulluğu və kadr, məişət və sair barədə müraciətlərin sayında azalma var.

Yol verilən nöqsanlara görə 1712 cavabdeh şəxslə bağlı tədbirlər görülüb, 858 nəfərə töhmət və şiddətli töhmət verilib, 31 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin ixtisas dərəcəsi aşağı salınıb, 114 nəfərin əmək müqaviləsinə xitam verilib, 16 nəfərin vəzifə maaşı azaldılıb, 3 nəfərə cərimə kəsilib, 685 nəfərə xəbərdarlıq edilib.

Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində Daxili İşlər, Maliyyə, Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Şəmkir RİH-də və başqa təşkilatlarda 27 nəfər vəzifəli şəxs vətəndaşlara münasibətdə süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə, etik davranış qaydalarını pozduqlarına görə vəzifəsindən kənarlaşdırılıb, 33 nəfər barəsində intizam tənbehi və ya inzibati məsuliyyət tədbirləri görülüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə