Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şirvan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib
Şirvan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib
10 Fevral 2016 / 19:55 / Baxış sayı: 104
Font1 Font2 Font3 Font4

Prezident İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Sənayesi naziri Yavər Camalov Şirvan şəhərində ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdə şəhərin sosial-iqtisadi inkişafı və perspektivlər müzakirə olunub.

Görüş iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Şirvan şəhərindəki abidəsini ziyarət ediblər.  Sonra Müdafiə Sənayesi naziri Yavər Camalov şəhər mədəniyyət sarayında 50-dən artıq sakini qəbul edib. İş istəyən 30 sakinin müraciəti yerindəcə həll edilib. Şəhər ictimaiyyəti ilə keçirilən görüşdə çıxış edən Müdafiə Sənayesi naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən uğurlu islahatlardan, qazanılan nailiyyətlərdən danışıb. Qeyd edib ki, bu gün dünyanı narahat edən iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirinin az olması məhz  dövlət başçısının yürütdüyü  düzgün siyasət sayəsində mümkün olub. Yavər Camalov deyib ki, yerli istehsalı artırmaq, idxaldan asılılığı  minumuma endirmək məqsədilə hökümət tərəfindən proqram hazırlanıb, yeni iqtisadi siyasətin hədəfləri müəyyən edilib. Bu siyasətin şirvanlılar üçün də əlamətdar tərəfləri var. Şəhərdə yeni sənaye parklarının və sənaye zonalarının yaradılması təklifi bu şəhərin sosial-iqtisadi inkişafı üçün əlavə imkanlar yaradacaq.

Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov isə son illər rayonda həyata keçirilən iri miqyaslı sosial-iqtisadi layihələrdən danışıb. Bildirib ki, son 10 ildə görülən tədbirlər nəticəsində şəhər büdcəsi yalnız yerli daxilolmalar hesabına formalaşır, mərkəzdən heç bir dotasiya alınmır. İstehsal olunan məhsulların 47 faizi qeyri-dövlət sektorunun payına düşür. İqtisadi sektorun planlı inkişafı hesabına rayonda sosial problemlər də öz həllini tapıb. Hazırda əsas məqsəd özəl sektorun sürətli inkişafına və yeni iş yerlərinin yaradılmasına nail olmaqdır. Millət vəkili Rəfael Cəbrayılov və digərləri çıxış edərək şəhərin inkişafı və əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması üçün təkliflər səsləndiriblər.

Görüşdə şəhər sakinləri tərəfindən qaldırılan bütün məsələlərə həssaslıqla yanaşılıb.

“Xəbərlər”, Azərbaycan Televiziyası



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə