Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İtalyanlar da avrodan imtina etmək istəyir
İtalyanlar da avrodan imtina etmək istəyir
16 Fevral 2017 / 15:09 / Baxış sayı: 598
Font1 Font2 Font3 Font4

İtaliya vətəndaşlarının təxminən yarısı avro pul vahidinin ölkələri üçün yaxşı heç nə vəd etmədiyini düşünür.

arxiv.bizimxeber.az Report-a istinadən xəbər verir ki, avrodan imtina və Avropa İttifaqından (Aİ) ayrılma ideyası İtaliya iqtisadiyyatının həddindən artıq pis nəticələrlə üzləşməsinə səbəb ola bilər.

Agentlik belə olacağı təqdirdə İtaliyanın defoltla üzləşəcəyini, kredit reytinqinin təzyiq altına düşməsinə gətirib çıxaracağını düşünür. Belə ki, İtaliya Avropanın borc yükü ən yüksək olan ölkələrindən biridir. “Moody’s” İtaliyanın belə bir qərar alacağına az ehtimal versə də, risklərin olduğunu bildirir. Agentliyə görə, İtaliya avrodan imtina etsə, onun borcları yeni bir valyutaya konvertasiya ediləcək. Bu isə öz növbəsində İtalyan qiymətli kağızlarının sahibi olan investorlara zamanında ödəmə edilməsini və onların da bu vəsaiti avro və ya dollara konvertasiya etməsində çətinlik yaradaraq ölkənin defoltu kimi qiymətləndiriləcək.
Bununla yanaşı, italiya iqtisadiyyatının çöküşü avronun gələcəyi ilə bağlı şübhələri artıracaq. Bu isə Aİ-nin digər üzvlərinə də təsir edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə