Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qurtuluş TV”, yoxsa fırldaqçı dəstəsi? – TV adı ilə maxinasiya
“Qurtuluş TV”, yoxsa fırldaqçı dəstəsi? – TV adı ilə maxinasiya
16 Fevral 2017 / 15:23 / Baxış sayı: 950
Font1 Font2 Font3 Font4

06 iyun 2016-cı il tarixində Beynəlxalq Mətbuat Mərkəzində “Qurtuluş MR” MMC-nin təsis etdiyi “Qurtuluş tv”-nin və qtvxeber.az saytının təqdimat mərasimi keçirildi.
Mətbuat Şurası, Milli Teleradio Şurası və ölkənin aparıcı media qurumlarından bir nəfərin də qatılmadığı təqdimat mərasimindən sonra tv-nin youtube kanalında bəzi verilişlərin anonsu ilə bağlı olduqca qeyri-peşəkar videolar yayılmağa başladı.
Təqdimat mərasimində “Qurtuluş tv”-nin təsisçisi Rəşad Məmmədov çıxış edərək “böyük strategiya” ilə bağlı geniş vədlər verdi. Sahibkarlara peyk vasitəsi ilə yayınlanacağı ilə bağlı verilən vədlər elə açılış mərasimindəcə puça çıxdı. Belə ki, ilk mərhələdə TV-nin internet üzərindən yayınlanacağı ilə bağlı elan verildi. Daha sonra isə bir neçə verilişin adı qeyd olunaraq yaxın zamanlarda “Türksat” vasitəsi ilə TV-nin yayımının Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Orta Asya ölkələrində də izləməyin mümkün olunacağı qeyd edildi. Amma…
“Qurtuluş Günü” Heydər Əliyevin hakimiyyətə qayıdış günü kimi Azərbaycanda özəl olaraq qeyd olunur və böyük önəm verilir. Ancaq görünür bəzi insanlar öz məkrli məqsədlərini həyata keçirmək üçün bu kimi günlərdən istifadə etməkdən belə çəkinmirlər.

“Qurtuluş tv”-nin təsisçisi Rəşad Məmmədov və direktoru Arzu Hacıyeva ölkədə fəaliyyət göstərən bir çox iş adamından yeni, perspektivli TV açmaları və onlara MMC-də pay verilməsi ilə bağlı vədlər verərək olduqca böyük məbləğdə vəsaitlər alıblar. Adının çəkilməsini istəməyın sahibkarlar ilkin mərhələdə mərhum prezident Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bağlı tarixə düşən Qurtuluş günü ilə bağlı yaradılacaq TV-də rolu olmasından fəxr etdiklərini qeyd edirdilər. Onlar heç bir halda bu ad altında kimlərinsə maliyyə maxinasiyası edəcəyini ağıllarına gətirməyiblər.  İş-işdən keçəndən sonra isə bəziləri “Qurtuluş tv”-nin təsisçisi Rəşad Məmmədov və direktoru Arzu Hacıyeva ilə bağlı polisə müraciət etmək zorunda qalıb. Məlumata görə, artıq Yasamal və Nərimanov polis bölmələrində ilkin araşdırmalara başlanılıb. İşdə korrupsiya elementləri olduğuna görə bu hallarla mübarizə aparan müvafiq qurumların da müdaxiləsi istisna edilmir. Maxinasiyada, həmçinin, CBC kanalında işlədiyi iddia olunan Samir Cəfərovun da adı hallanır.

“Qurtuluş tv”-nin qurbanlarından biri də Bəşirov Orxan adlı şəxsdir. O, redaksiyaya müraciət edərək, “Qurtuluş tv”-nin təsisçisi Rəşad Məmmədov və direktoru Arzu Hacıyeva tərəfindən aldadıldığını qeyd edib. O, üst-üstə bütövlükdə 5 min manata yaxın vəsait yatırım elədiyini qeyd edir. Əslində o bunu yatırım kimi başa düşüb. Sonradan aldadıldığını anlayan Bəşirov Orxan məhkəmələrə üz tutmağa məcbur olub. Ancaq uzun müddət davam edən prosesin heç bir nəticə vermədiyini görərərk, mübarizədən yorulduğunu deyir. Redaksiyayamüraciətində isə Bəşirov digər sahibkarları da ehtiyatlı olmağa səsləyib. O, “Qurtuluş tv” adı altında yaradılan qondarma TV-nin rəhbərlərinin peşəkar fırıldaqçı olduqlarını bildirib.

Mövzu ilə bağlı araşdırmalar davam edəcək. Digər aldadılmış, 10 mindən 40 minədək vəsaiti mənimsənilən sahibkarlarla bağlı növbəti günlərdə saytımızda geniş məqalə dərc ediləcəkdir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə