Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident qapını çırparaq getdi – KİPR DANIŞIQLARI
Prezident qapını çırparaq getdi – KİPR DANIŞIQLARI
16 Fevral 2017 / 18:52 / Baxış sayı: 940
Font1 Font2 Font3 Font4

Cənubi Kipr lideri Nikos Anastasiadis ilə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı arasında dünən keçirilən görüşdə qalmaqal baş verib. 

Yunan lider Lefkoşada BMT-nin nəzarətində keçirilən görüşü yarımçıq qoyub və qapını çırparaq gedib. Qalmaqalın səbəbi Mustafa Akınçının həmkarına ENOSİS-in (1950-ci ildə adada Şərqi Ortadoks Kilsəsi ENOSİS – adanın Yunanıstana birləşdirilməsi lehinə referendum keçirib –red.) məktəblərdə tədris olunması ilə Cənubi Kipr parlamentinin qəbul etdiyi qərara etiraz etməsi olub. Akınçı Anastasiadisdən parlamentin qərarına qarşı çıxmasını və ləğv edilməsi üçün addım atmasını tələb edib.

Nikos Anastasiadis Siz də 20 iyulu (Türkiyə ordusunun Kipr Barış Hərəkatına başladığı gün –red.) qeyd edirsiniz” deyərək danışıqlar masasını tərk edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə