Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ölkədə 6 qəza – 2 ölü, 7 yaralı
Ölkədə 6 qəza – 2 ölü, 7 yaralı
17 Fevral 2017 / 10:46 / Baxış sayı: 512
Font1 Font2 Font3 Font4
Hazırda respublika ərazisində qarlı-şaxtalı hava şəraiti müşahidə edilsə də, nəqliyyatın tam şəkildə sərbəst hərəkəti təmin edilib.
Bunu BakıPost.az-a Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
O bildirib ki, respublikanın bütün istiqamətlərində yollar açıqdır: “Amma bəzi yerlərdə, Şəmkir-Gədəbəy yolu, Gəncə-Daşkəsən yolunda nisbətən buzlaşma müşahidə edilir. Bu ərazilərdə aparıcı nəqliyyat vasitələrinin hərəkəti mümkündür. Bu cür qarlı və şaxtalı havalarda idarəetmə təcrübəsi olmayan sürücülər qışa uyğun şinlərlə təchiz edilməyən avtomobillər problem yaradır. Bu səbəbdən belə havada ictimai nəqliyyata üstünlük verilməsini xahiş edirik”.
Qurum rəsmisi onu da qeyd edib ki, ötən sutka ərzində paytaxt Bakıda ölüm və xəsarətlə nəticələnən heç bir qəza olmayıb.
Kamran Əliyev vurğulayıb ki, respublika üzrə 6 yol-nəqliyyat qəzası qeydə alınıb: “Hadisələr zamanı 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Dünən səhər saatlarında Sumqayıtda baş verən qəza zamanı 85 yaşlı piyadanı avtomobil vurub. Həmin piyada ölüb. İkinci qəza isə Bakı-Şamaxı yolunun 80-ci kilometrliyində, Qobustan ərazisində axşam saat 18:30-da baş verib. 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri dünyasını dəyişib”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə