Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avtomobildə külli miqdarda siqaret aşkar edilib (FOTO)
Avtomobildə külli miqdarda siqaret aşkar edilib (FOTO)
17 Fevral 2017 / 11:07 / Baxış sayı: 494
Font1 Font2 Font3 Font4

Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən fevralın 16-da əməliyyat tədbirləri keçirilib.

Əməliyyat tədbirləri nəticəsində, Azərbaycan vətəndaşı Əliyev Şahin Razim oğlunun idarə etdiyi “VAZ 21074” markalı, “90 LP 367” dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı külli miqdarda aksiz markasız xarici markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə