Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Texnika yolları təmizləyə bilmir” – “Azəravtoyol”
“Texnika yolları təmizləyə bilmir” – “Azəravtoyol”
17 Fevral 2017 / 11:19 / Baxış sayı: 802
Font1 Font2 Font3 Font4

Bəzi yolları təmizləməkdə problemlər var

Qarlı hava şəraiti “Azəravtoyol” ASC-nin balansında olan Bakının əsas magistral yollarında, o cümlədən paytaxtın giriş-çıxış yollarında heç bir problem yaratmayıb.

İstipress-in “Azəravtoyol” ASC-nin mətbuat katibliyinin rəisi Anar Nəcəflidən aldığı məlumata görə, bəzi ərazilərdə texnika təmizlik işləri aparmaqda çətinlik çəkir: “Söhbət bəzi tunellərdən, enişli-yoxuşlu yollardan gedir. Bəzi sürücülər hazırlıqlı olmadığından olduqca aşağı sürətlə hərəkət etdiyindən və ya yolda qaldığından tıxac yaranır, texnikamız həmin ərazilərə çata bilmir. Məcburiyyətdən oradakı işlər canlı qüvvəmiz tərəfindən aparılır. Aparılan işlərə 400-dək müxtəlif təyinatlı texnika, texnika girə bilməyən yerlərə isə ASC-nin əməkdaşları cəlb olunub.”

Anar Nəcəfli bildirib ki, hazırda əsas yolların heç birində problem yoxdur: “Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti, Bakı Dairəvi – 1 yolu, Bakıətrafı digər yollarda hər hansı problem müşahidə olunmur. Balansımızda olan digər yollarda isə əməkdaşlarımız təmizləmə işləri həyata keçirilir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə