Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vitse-admiraldan Trampa böyük zərbə – İmtina etdi…
Vitse-admiraldan Trampa böyük zərbə – İmtina etdi…
17 Fevral 2017 / 12:13 / Baxış sayı: 752
Font1 Font2 Font3 Font4

Bir neçə gün əvvəl  ABŞ Milli  Təhlükəsizlik Şurasını başçısı Maykl Tomas Flinnin istefasını tələb edən Trampın həmin vəzifəyə təqdim etdiyi təqaüddə olan vitse-admiral Harvard təklifdən imtina edib. 

arxiv.bizimxeber.az  ABŞ mətbuatına istinadən xəbər verir ki,  Ağ Evdə növbədənkənar mətbuat konfransı keçirən prezident Tramp, seçki kompaniyası müddətindən komanda üzvlərindən heç kimin Rusiya ilə görüşmədiyini desə də, qarşı tərəfin kəşfiyyat məlumatlarından sızan bəzi məlumatların olduğunu etiraf edib.

Amerika mediası vitse-admiral Bob Harvardın təklifi rədd etmə səbəbi kimi isə öz komandasını qurmaq istəyinə Ağ Evin razılaşmaması göstərilir.

Bob Harvard 2011-2013-cü illərdə ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara nəzarət komanda təşkilatında (CENTCOM) baş komandanın köməkçisi vəzifəsində xidmət edib. ABŞ-dakı 11 sentyabr hücumundan sonra İraq və Əfqanıstanda işləyən Harvard Corc Buşun hakimiyyəti dönəmində də yüksək vəzifələrdə olub.

Trampın isə adıkeçən vəzifə üçün daha iki namizədi var. Bunlardan biri hazırda Milli Təhlükəsizlik Şurasında böyük gücə və etibara sahib təqaüdçü general-leytnant Josef Keit Kellog, digəri isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin(CİA) keçmiş sədri David Petraeusdur.


Tramp: Flinn heç bir səhv etmədiAğ evdəki mətbuat konfransında prezident Donald Tramp Maykl Flinin istefasına aydınlıq gətirib. Flinin səhv etmədiyini, yalnız Rusiya səfiri ilə görüşünü Prezident köməkçisi Mayk Penceyə tam olaraq bildirmədiyini və bu səbəbin də özü üçün qəbuledilməz olduğunu vurğulayaraq istefa tələbi etdiyini bəyan edib.

Filin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə etdiyi telefon söhbətində sanksiyaların azaldılacağını demiş , lakin bunu həftələr boyu inkar etmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə